Qarabağ FK-in Avstriyada keçiriləcək təlim-məşq toplanışının proqramında dəyişiklik edilib.
NOCOMMENT.az xəbər verir ki, komandanın Bolqarıstan təmsilçisi MOİK ilə keçirməli olduğu yoxlama oyunu ləğv olunub.
"Köhlən atlar" iyunun 27-də Avstriyanın Bundesliqa klublarından biri olan VSG "Tirol" ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.
Qeyd edək ki, iyunun 22-də Avstriyaya yollanacaq Qarabağ FK hazırlığın Tirol əyalətində baş tutacaq ikinci mərhələsində ümumilikdə üç yoxlama oyunu keçirəcək. Digər iki matç iyulun 1-də baş tutacaq. Həmin gün Ukraynanın "Xarkov" klubu ilə oyun Bakı vaxtı ilə saat 15:00-da, Macarıstanın "Ferentsvaroş" komandası ilə görüş isə saat 20:00-da keçiriləcək.










