Onlara yüksək vəzifə verildi

Onlara yüksək vəzifə verildi

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) Keyfiyyətin idarə olunması və ESG şöbəsinə rəhbər təyin edilib.

NOCOMMENT.az xəbər verir ki, bu vəzifə Mədinə Cəfərliyə həvalə olunub.

Qeyd edək ki, bundan bir müddət öncə isə, Elnur Hüseynov AZCON-da İnsan resursları üzrə direktor təyin edilib.

Məlumat üçün deyək ki, M. Cəfərli bundan öncə Azərbaycan-Fransa Ticarət Palatasında ESG Komitəsinin sədri olub. E.Hüseynov isə, Dövlət Neft Şirkətində (SOCAR) İnsan kapitalının inkişafı və funksional təkminləşdirmə departamentinin rəhbəri vəzifəsində çalışıb. (Plat.az)