İstanbulda dəhşətli yanğın başladı

İstanbulda dəhşətli yanğın başladı

İstanbulun Böyükçəkməcə rayonunda əkin sahəsində naməlum səbəbdən yanğın başlayıb. Hələ məhsul yığımı başa çatmamış buğda zəmisində yüksələn alovlar ətraf ərazilər üçün ciddi təhlükə yaradıb.

NOCOMMENT.az xəbər verir ki, hadisə yerinə dərhal İstanbul Yanğınsöndürmə İdarəsinin çoxsaylı heyəti cəlb olunub. Yanğınsöndürənlər alovun qonşu tarlalara keçməsinin qarşısını almaq üçün intensiv mübarizə aparırlar.

Bölgədə hökm sürən güclü külək isə söndürmə işlərini çətinləşdirən əsas amilə çevrilib. Hazırda yanğının tam nəzarət altına alınması istiqamətində bütün qüvvələr səfərbər edilib.

İstanbulda tarlada güclü yanğın başlayıb - FOTOLAR
İstanbulda tarlada güclü yanğın başlayıb - FOTOLAR