Peyman Sadıqov AID GROUP-dan ayrıldı

Peyman Sadıqov AID GROUP-dan ayrıldı

Jurnalist Peyman Sadıqov AID GROUP xaricdə təhsil şirkətindəki fəaliyyətini başa vurub.

NOCOMMENT.az-ın məlumatına görə, o, şirkətin mətbuat xidmətinin rəhbəri vəzifəsindən ayrılıb və bununla da AID GROUP ilə əməkdaşlığına son qoyub.

Məlumata əsasən, Peyman Sadıqov artıq şirkətdə sözügedən vəzifəni icra etmir. Onun ayrılması ilə bağlı AID GROUP tərəfindən rəsmi açıqlama verilməyib. Ayrılığın səbəbləri barədə də hər hansı məlumat açıqlanmayıb.

Qeyd edək ki, Peyman Sadıqov 20 ildən artıq media sahəsində fəaliyyət göstərən jurnalistlərdəndir. O, müxtəlif informasiya layihələrində iştirak edib, media və ictimaiyyətlə əlaqələr sahəsində çalışıb.

Xatırladaq ki, AID GROUP-un təsisçisi Nigar Fərhaddır. Peyman Sadıqovun şirkətdən ayrılması ilə bağlı yaxın günlərdə əlavə məlumatın açıqlanacağı istisna olunmur.