Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşuldu

Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşuldu

Hazırda Nəriman Həsənzadənin vəziyyətində əvvəlki günlərlə müqayisədə ciddi müsbət irəliləyiş var.

NOCOMMENT.az EDnews-a istinadla xəbər verir ki, bunu Xalq şairinin köməkçisi Arif Mehmandost bildirib.

Onun sözlərinə görə, xəstə hələ də süni tənəffüs aparatına qoşulu vəziyyətdədir və müalicəsi davam etdirilir.

“Süni tənəffüs aparatına qoşulub. Həkimlərin dediyinə görə, səhhətində müəyyən irəliləyiş müşahidə olunur. Lakin evə buraxılması və ya palataya köçürülməsi ilə bağlı heç bir söhbət gedə bilməz”.