Azərbaycan Prezidenti İlham Əliyev “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
NOCOMMENT.az xəbər verir ki, fərmanda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 31 oktyabr tarixli 280-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 iyun tarixli 1375 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 6 (I kitab), maddə 590 (Cild I); 2024, № 4, maddə 373; 2025, № 1, maddə 28, № 3, maddə 228, № 8, maddə 777; 2026, № 2, maddə 128) ilə təsdiq edilmiş “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsi”nə aşağıdakı məzmunda 3.1.22-1-ci və 3.1.22-2-ci yarımbəndlər əlavə edilsin:
“3.1.22-1. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, müvafiq ərazidə dayanacaq məntəqələri istisna olmaqla, avtomobil nəqliyyatının infrastruktur obyektlərinin yerləşdirilməsinə, yaxud təyinatı avtomobil nəqliyyatının digər infrastruktur obyektinə dəyişdirilməklə yenidən qurulmasına dair rəy vermək;
3.1.22-2. müvafiq ərazidə müntəzəm sərnişin daşımalarını yerinə yetirən avtomobil nəqliyyatı üçün dayanacaq məntəqələri yerlərinin müəyyən edilməsini, onların quraşdırılmasını, idarə olunmasını və saxlanılmasını təmin etmək”.











