Dron hücumunun qurbanı olan həmyerlimizin FOTOSU

Dron hücumunun qurbanı olan həmyerlimizin FOTOSU

Odessa sahilləri yaxınlığında pilotsuz uçuş aparatı ilə hücuma məruz qalan “Atlas Bey” mülki yük gəmisinin kapitanının taleyinə aydınlıq gəlib.

NOCOMMENT.az "Dənizçilərin İctimai Birliyi”nin sədri İlham Nəsirova istinadən xəbər verir ki, Türkiyənin “Okean Maritime” şirkətinə məxsus gəmidə kapitan kimi çalışan azərbaycanlı Səməd Nəsrullayev hücum nəticəsində həlak olub.

Xatırladaq ki, hadisə zamanı gəmidə 11 Azərbaycan vətəndaşı olub. Hücumdan sonra ekipaj üzvləri Odessa şəhərində sahilə çıxarılıb.

Azərbaycan Xarici İşlər Nazirliyi daha əvvəl yaydığı açıqlamada ekipaj üzvlərinin xilas edildiyini və onların vəziyyətinin qənaətbəxş olduğunu bildirmişdi. Həmin açıqlamada kapitanın axtarışlarının davam etdirildiyi qeyd olunurdu./modern.az/