Qızılın dünya bazarındakı qiyməti texniki alışların təsiri ilə son iki həftənin ən yüksək səviyyəsinə çatıb.
NOCOMMENT.az xəbər verir ki, spot qızılın bir unsiyası 0,9% bahalaşaraq 4 113,73 dollara yüksəlib. Bu, 10 iyuldan bəri qeydə alınan ən yüksək göstəricidir.
ABŞ-də avqust ayı üzrə qızıl fyuçersləri də 1,1% artaraq 4 119,10 dollara çatıb.
Analitiklər bildirirlər ki, investorlar gələn həftə keçiriləcək ABŞ Federal Ehtiyat Sisteminin (FES) iclasından faiz siyasəti ilə bağlı siqnallar gözləyir. Eyni zamanda, Yaxın Şərqdə davam edən gərginlik də qızıla tələbi artıran əsas amillərdən biri hesab olunur.











