Məşhur maliyyəçi və pedofil Ceffri Epşteynin əlbir olduğu iddia edilən keçmiş model agenti və moda fotoqrafı Daniel Siad Fransada ölü tapılıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə BFMTV mənbələrə istinadən məlumat yayıb.
"Daniel Siad evində ölü tapılıb", - məlumatda deyilir.
Fransa polisi araşdırmaya başlayıb və Siadın ölüm səbəbi hələ də məlum deyil. Siad Epşteyn üçün qadınları cinsi istismar üçün cəlb etməkdə şübhəli bilinir.











