Saat 10:00-dan 12:00-dək işıq olmayacaq – BU ƏRAZİLƏRDƏ

Saat 10:00-dan 12:00-dək işıq olmayacaq – BU ƏRAZİLƏRDƏ

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə mayın 1-də Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) iməclik işləri aparılacaq.

Bu barədə NOCOMMENT.az “Azərişıq” ASC-dən məlumat verilib.

Bununla əlaqədar olaraq saat 10:00-dan 12:00-dək Günəşli qəsəbəsində yerləşən AB yaşayış massivi Abbas Fətullayev küçəsinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

İməclik işləri yekunlaşdıqdan sonra həmin ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.