Avqustun 6-da Abşeron çimərliklərində proqnozlaşdırılan hava şəraiti açıqlanıb.
Bu barədə NOCOMMENT.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirlib ki, sabah Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi arabir güclənəcək.
Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zağulbada 25-26, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda 26-27 dərəcə isti olacaq.










