Sabunçu Tibb Mərkəzinin də direktoru işdən çıxarıldı

Sabunçu Tibb Mərkəzinin də direktoru işdən çıxarıldı

Sabunçu Tibb Mərkəzinin direktoru Nurəngiz Bəşirova vəzifəsindən azad edilib.

NOCOMMENT.az xəbər verir ki, O, işdən çıxarılması ilə bağlı ərizə yazdığını təsdiqləyib.

“Bundan sonrakı qərarı TƏBİB verəcək”, – deyə N.Bəşirova bildirib.

Qeyd edək ki, Nurəngiz Bəşirova 2023-cü ildən bu vəzifədə çalışırdı.

Xatırladaq ki, bu gün Klinik Tibbi Mərkəzin direktoru Könül Ələkbərov və Yeni Klinikanın direktoru Barat Yusubovun da işdən çıxarıldığı təsdiqlənib.\\bakupost