Sadıq Sadıqov vəfat etdi

Sadıq Sadıqov vəfat etdi

"Neftçi" klubunun keçmiş prezidenti Sadıq Sadıqov vəfat edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə mərhumun ailəsi məlumat verib.

Sabiq prezident 2009-2015-ci illərdə "ağ-qaralar"ın rəhbəri olub.

Klub bu dönəmdə üç dəfə Azərbaycan çempionatının, iki dəfə Azərbaycan Kubokunun qalibi adını qazanıb.(Unikal)