Şəmkirdə itkin düşən yeniyetmənin meyiti aşkarlanıb.
NOCOMMENT.az xəbər verir ki, hadisə rayonun Kür qəsəbəsində baş verib.
2012-ci il təvəllüdlü F.Rzayevin meyiti yaşadığı evin arxa hissəsində tapılıb.
Bildirilib ki, 14 yaşlı yeniyetmə dünəndən itkin düşmüşdü. Onun ölüm səbəbi hələlik məlum deyil.
Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.\\teleqraf.com












