Fövqəladə Hallar Nazirliyi qeyri-çimərlik ərazilərdən istifadə ilə əlaqədar əhaliyə müraciət edib.
NOCOMMENT.az xəbər verir ki, müraciətdə uşaq və yeniyetmələrin kanal, çay, arx, süni göl və digər su hövzələrindən çimərlik kimi istifadəsinə toxunulub.
FHN iyunun 1-dən bugünə qədər bu kimi qeyri-çimərlik ərazilərdə 12 nəfərin bataraq ölməsi faktı qeydə alıb.
Nazirlik valideynlərə müraciət edərək, uşaq və yeniyetmələrin nəzarətsiz qoymamağa, çimərlik kimi nəzərdə tutulmayan su hövzələrindən istifadə etməməyə çağırıb.










