TRT-nin Azərbaycan nümayəndəliyinə yeni rəhbər təyin edildi

TRT-nin Azərbaycan nümayəndəliyinə yeni rəhbər təyin edildi

Türkiyənin dövlət televiziya və radio qurumu TRT-nin Azərbaycan nümayəndəliyində rəhbər dəyişikliyi baş verib.

NOCOMMENT.az xəbər verir ki, Sefa Burak Bozyel TRT-nin Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri təyin olunub.

O bu təyinata qədər "TRT Haber"in koordinator müavini vəzifəsində çalışıb. Yeni təyinatla fəaliyyətini Bakı şəhərində davam etdirəcək.

Xatırladaq ki, TRT-nin Azərbaycan nümayəndəliyinə bundan əvvəl Murat Akkoç rəhbərlik edirdi. report.az