Ermənistanın Ararat bölgəsinin Marmaraşen kəndində 19 yaşlı Emanuel A.-nın idarə etdiyi "Kia Forte" markalı avtomobil 75 yaşlı Aslan A.-nın idarə etdiyi "VAZ-2106" markalı avtomobillə toqquşub.
NOCOMMENT.az xəbər verir ki, sürücü Aslan A. və onun avtomobilindəki sərnişin xəsarətlərlə Erebuni Tibb Mərkəzinə aparılıb, sərnişin ölüb.
Cinayət işi açılıb. Məlumata görə, Emanuel A. müqaviləli əsgərdir.











