Prezident İlham Əliyev iyulun 11-də "Xankəndi" hotelinin açılış mərasimində iştirak edib.
NOCOMMENT.az-ın məlumatına görə, dördmərtəbəli hotel binası ümumilikdə 101 otaqdan ibarətdir.
Otaqların 92-si "deluxe", 4-ü "superior", 3-ü "deluxe suite" və 2-si "executive suite" kateqoriyasına aiddir. Hotel eyni zamanda 236 qonağı qəbul etmək imkanına malikdir.
Burada kafe, restoranlar və idman zalı da daxil olmaqla bir sıra ictimai iaşə obyektləri fəaliyyətə başlayacaq.
Hotel 45 nəfəri işlə təmin edəcək. Onlardan 20 nəfəri işğaldan azad olunmuş şəhər və rayonların sakinləridir.


























