Yevlaxda avtomobil qəzasında ölən var

Yevlaxda avtomobil qəzasında ölən var

Yevlax şəhərində avtomobillər toqquşub, ölən və xəsarət alan var.

NOCOMMENT xəbər verir ki, “Mercedes” və “VAZ” markalı avtomobillərin toqquşması nəticəsində Yevlax rayon sakini, 1962-ci il təvəllüdlü Elzamin Məmmədov ölüb.

Qəza zamanı habelə Yevlax rayon sakini, 1986-cı il təvəllüdlü Sənan Mirzəyev isə müxtəlif xəsarətlər alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.