Bakı yollarında növbəti intizamsızlıq və yol hərəkəti qaydalarının kobud şəkildə pozulması hadisəsi qeydə alınıb.
NOCOMMENT.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə motosikletçinin "TikTok" videosu çəkmək məqsədilə qəsdən əks yola çıxaraq digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yaratdığı əks olunub. İzləyicilər tərəfindən kəskin etirazla qarşılanan bu addım, yol hərəkəti təhlükəsizliyi qaydalarının nümayişkaranə şəkildə sayılmaması kimi qiymətləndirilib.
Xatırladaq ki, son vaxtlar paytaxtda motosikletçilərin azyaşlıları təhlükəli şəkildə daşıması, avtoxuliqanlıq etməsi və digər qayda pozuntuları ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən ciddi tədbirlər görülür.
Hüquq-mühafizə orqanları belə hallara yol verən sürücülərin aşkar edilərək qanunvericiliyə uyğun şəkildə məsuliyyətə cəlb edildiyini dəfələrlə bildirib.
Sara,
NOCOMMENT.az











