İyunun 27-nə keçən gecə Rusiya qoşunları Ukraynanın Zaporojye və Xarkov vilayətlərindəki yanacaqdoldurma məntəqələrinə (YDM) zərbələr endirib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb. Zaporojyedə həyata keçirilən hücum nəticəsində qaz çəni və YDM-nin inzibati binası yanaraq yararsız hala düşüb.
Xarkov vilayətində isə Xarkov rayonunun Solonitsevka icmasındakı iki yanacaqdoldurma məntəqəsi hədəf alınıb. Hücumlardan birinin nəticəsində məntəqələrdən birində bina tamamilə dağılıb, təxminən 400 kvadratmetr sahədə yanğın baş verib və 10-a yaxın texnika zərər görüb. Digər yanacaqdoldurma məntəqəsində isə operator binasına ziyan dəyib.
Sara,
NOCOMMENT.az











