​Dünya Kubokunda ilk 1/4 final: Fransa - Mərakeş

​Dünya Kubokunda ilk 1/4 final: Fransa - Mərakeş

2026-cı il FIFA Dünya Kubokunda 1/4 final mərhələsinin ilk oyunu Fransa və Mərakeş milliləri arasında keçiriləcək.

NOCOMMENT.az xəbər verir ki, qarşılaşma Boston stadionunda baş tutacaq. Görüşün baş hakimi argentinalı Fakundo Tello olacaq.

Qrup mərhələsini 9 xalla lider tamamlayan Fransa pley-offda əvvəlcə İsveçi 3:0, daha sonra Paraqvayı 1:0 hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib. Mərakeş isə qrupu ikinci pillədə başa vurduqdan sonra Niderlandı penaltilər seriyasında, Kanadanı isə 3:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə adlayıb.

Qeyd edək ki, komandalar sonuncu dəfə 2022-ci il dünya çempionatının yarımfinalında üz-üzə gəlib. Həmin görüşdə Fransa 2:0 hesablı qələbə qazanaraq finala yüksəlmişdi.