Yuxusuzluq sizi necə qocaldır? – Plastik cərrah cavabladı

Yuxusuzluq sizi necə qocaldır? – Plastik cərrah cavabladı

Xarici agentliyə danışan plastik cərrah, “yuxusuzluq sizi necə qocaldır?sualını cavabladı.

NOCOMMENT xəbər verir ki, plastik cərrah cavabında vurğulayıb ki, bir insan üçün gün ərzində səkkiz saat yatmaq çox önəmlidir. O həmçinin kifayət qədər yuxu almadığımız zaman göz qapaqları ətrafında yüngül şişkinlik ilə yanaşı, dərimizin pH balansının da pisləşdiyini də vurğulayıb.

  1. GÖZ ƏTRAFINDA QARA LƏKƏLƏR YARANIR

Saysız-hesabsız şeylər gözlər altında qara ləkələrə səbəb ola bilər, lakin yuxu çatışmazlığı əsas amildir.

“Gecələr kifayət qədər yatmayanda qan damarlarınız genişlənir. Göz altındakı dəri bədənimizin hər hansı bir yerindəki dəridən daha incədir, yəni qırılmağa, boşalmağa və yaşlanma əlamətləri göstərməyə meyillidir.

  1. DƏRİNİN PH SƏVİYYƏSİ AŞAĞI DÜŞÜR

Kifayət qədər yuxu alınmadığı zaman dəridəki nəm səviyyəsi aşağı düşür.

Bu, qızartı və çatlara gətirib çıxarır və dərinin parıltısı itir.

“Dərinin PH səviyyəsi nəm istehsalı üçün həyati əhəmiyyət kəsb edir və bu, dərinin daha quru görünməsini təmin etməklə yanaşı, qızartıya səbəb olan sızanaqları da tətikləyə bilər.

  1. ŞİŞKİN GÖZLƏR

Şişmiş gözlər haqqında danışarkən, adətən yuxarı və aşağı göz qapaqlarının yüngül şişkinliyindən danışırıq. Gözlərin şişməsinə yuxusuzluq səbəb ola bilər, ancaq allergiya və susuzluq da səbəb ola bilər.