Zakir Həsənov yeni generallara rütbələrini təqdim etdi - FOTOLAR

Zakir Həsənov yeni generallara rütbələrini təqdim etdi - FOTOLAR

Müdafiə naziri general-polkovnik Zakir Həsənov iyunun 26-da Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən ali hərbi rütbələr verilən hərbi qulluqçularla görüşüb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tədbirdə Müdafiə Nazirliyinin hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında Azərbaycan Prezidentinin 25 iyun 2026-cı il tarixli Sərəncamı və müdafiə nazirinin müvafiq əmri oxunduqdan sonra zabitlərə ali hərbi rütbələr təqdim edilib.

Ali Baş Komandanın təbriklərini hərbi qulluqçulara çatdıran general-polkovnik Z.Həsənov onlara gələcək xidmətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini çatdırıb.

Təltif olunan zabitlər isə öz növbələrində göstərilən etimada görə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər, bu etimadı doğruldacaqlarına əminliklərini ifadə ediblər.

Zakir Həsənov yeni generallara rütbələrini təqdim etdi - FOTOLAR

Zakir Həsənov yeni generallara rütbələrini təqdim etdi - FOTOLAR

Zakir Həsənov yeni generallara rütbələrini təqdim etdi - FOTOLAR