Zibil pulu kimə və necə ödənilməlidir?

Zibil pulu kimə və necə ödənilməlidir?

Hər kəsi düşündürən bir sual var.Zibil pulu hara verilməlidir?

NOCOMMENT.az xəbər verir ki, qanunvericiliyə görə ödənişlər rəsmi və elektron qaydada, qəbz qarşılığında edilməlidir.

Qapıya gələrək nəğd pul tələb edilməsi qeyri-qanunidir.

Tarif Şurasının 24 noyabr 2011-ci il, №05 Bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi xidmətlərinin tariflərinin tənzimlənməsi barədə qərarına əsasən ödənişlər Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti (MMMC), bələdiyyə və ya xidmət müqaviləsi bağlanan özəl şirkətlərə ödənilməlidir.

MKİS-lər (JEK) rəsmi olaraq ləğv edilsə də, bəzi yerlərdə tullantıların daşınması funksiyasını hələ də həyata keçirirlər.

Ödəniş edərkən rəsmi qəbz tələb etməyiniz tövsiyə olunur./Oxu24.com/