Çempionlar Turu: Məmmədyarov bu gün Rəcəbov və Aronyanla qarşılaşacaqbackend

Çempionlar Turu: Məmmədyarov bu gün Rəcəbov və Aronyanla qarşılaşacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şahmat üzrə Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VI mərhələsində bu gün növbəti 5 tur keçiriləcək.

NOCOMMENT report-a istinadən xəbər verir ki, Azərbaycan təmsilçilərindən Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov “The FTX Crypto Cup”un VI turunda bir-birinə rəqib olacaq. Rəcəbov ağ, Məmmədyarov isə qara fiqurlarla oynayacaq.

VII turda Məmmədyarovu qara fiqurlarla Ermənistan təmsilçisi Levin Aronyana qarşı oyun gözləyir. Rəcəbov isə ağ fiqurlarla rusiyalı Yan Nepomnyaşinin müqavimətini qırmağa çalışacaq.