Cənubi Çin dənizində insident – ABŞ, Yaponiya və Filippin…backend

Cənubi Çin dənizində insident – ABŞ, Yaponiya və Filippin…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ, Yaponiya və Filippin liderləri Cənubi Çin dənizindəki insidentləri müzakirə edəcəklər.

NOCOMMENT.az xəbər verir ki, görüş aprelin 11-də Vaşinqtonda keçiriləcək üçtərəfli sammitdə baş tutacaq.

Çin Sahil Mühafizəsi son vaxtlar Cənubi Çin dənizində Filippin gəmilərinə qarşı su şırnaqlarından daha çox istifadə etməyə başlayıb. Son insidentlərdən biri martın 23-də baş verib.

Çin Sahil Mühafizəsinin iki gəmisi Filippinin təchizat gəmisinə qarşı güclü su şırnaqları istifadə edib. Daha bir təchizat gəmisi isə ciddi zədələnib.