Çexiya prezidenti: NATO qoşunlarının Ukraynaya yardım etməsinə heç nə mane ola bilməzbackend

Çexiya prezidenti: NATO qoşunlarının Ukraynaya yardım etməsinə heç nə mane ola bilməz

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çexiya prezidenti Petr Pavel bildirib ki, NATO qoşunlarının Ukraynada olması döyüşlərdə iştirak etmədikcə heç bir beynəlxalq qaydaları pozmayacaq.

NOCOMMENT.az xəbər verir ki, o, bu fikri EurActiv portalına müsahibəsində bildirib.

O qeyd edib ki, 2014-cü ildən Ukrayna ərazisində NATO-nun təlim missiyası fəaliyyət göstərir və bu missiyaya 15-dən çox ölkədən 1000-ə yaxın insan daxildir.

“Beynəlxalq hüquq və BMT Nizamnaməsi baxımından NATO üzvü olan ölkələrin qoşunlarına, məsələn, mülki şəxslərə Ukraynada işdə kömək göstərməyə heç nə mane ola bilməz <…> Onun Ukrayna ərazisində təlim missiyası olsa belə, bu, heç bir beynəlxalq qaydaların pozulması deyil. Qeyri-döyüş tədbirləri çərçivəsində qaldığımız müddətcə Ukraynaya hansı formada yardım göstərməyimiz bizdən asılıdır”, – deyə Petr Pavel bildirib.