Rüşvətə görə həbs edilən sabiq bələdiyyə sədri hakim qarşısındabackend

Rüşvətə görə həbs edilən sabiq bələdiyyə sədri hakim qarşısında

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvətalma ittihamı ilə həbs edilən sabiq bələdiyyə sədrinin məhkəməsi başlayır.

NOCOMMENT.az xəbər verir ki, “Unikal”ın əldə etdiyi məlumata görə, Cinayət Məcəlləsinin 311.3.3-cü maddəsi ilə təqsirli bilinən Yeni Suraxanı bələdiyyəsinin sabiq sədri Fikrət Əzizağa oğlu Quliyevin məhkəmə prosesinin hazırlıq iclası mayın 31-də hakim Novruz Kərimovun sədrliyi ilə keçiriləcək.

Xatırladaq ki, bu ilin fevral ayında Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı bələdiyyəsinin sədri Fikrət Əzizağa oğlu Quliyevin qanunsuz hərəkətləri ilə bağlı keçirilmiş əməliyyat tədbiri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. İstintaq-əməliyyat tədbirləri ilə Fikrət Quliyevin həmin vəzifədə işləyərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar torpaq sahələrinin ayrılması, tikinti işlərinin aparılması və digər məqsədlərlə çoxsaylı şəxslərdən külli miqdarda pul vəsaitini rüşvət qismində almasına və digər qanunazidd əməllər törətməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış ilkin sübutlar əsasında Fikrət Quliyev Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3 (rüşvətalma – təkrar və külli miqdarda törədildikdə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.