Ceyhun Bayramovla Mirzoyanın görüşü baş tutmadıbackend

Ceyhun Bayramovla Mirzoyanın görüşü baş tutmadı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İsveçin paytaxtı Stokholmda ATƏT Nazirlər Konfransı çərçivəsində Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü baş tutmayıb”

NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, bu sözləri Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Vaan Unanyan bildirib.

“ATƏT-in 28-ci Nazirlər Konfransı çərçivəsində Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü baş tutmayıb. Vurğulamaq istərdim ki, Ermənistan tərəfi heç vaxt Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi çərçivəsində ATƏT-in Minsk Qrupu həmsədrlərinin mandatı altında görüşlərdən yayınmayıb”, – deyə Unanyan bildirib.

Xatırladaq ki, bundan əvvəl Şərq Tərəfdaşlığı üzrə Avropa Xarici Fəaliyyət Xidmətinin baş direktoru Lyuk Devinier Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramovun Stokholmda görüşəcəyini bəyan etmişdi.