Çin Aİ-nin Rusiyaya qarşı sanksiyalarının faydasız olduğunu bəyan edibbackend

Çin Aİ-nin Rusiyaya qarşı sanksiyalarının faydasız olduğunu bəyan edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az xəbər verir ki, Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaların rasionallığı barədə düşünməsinin vaxtı çatıb. Bu barədə TASS Çinin “China Daily” nəşrinə istinadən yazır.

“Avropa İttifaqı Rusiya Federasiyasına qarşı enerji, iqtisadiyyat, ticarət və digər sahələrə aid 11 sanksiya paketi tətbiq edib. Bununla belə 2023-cü ilin üçüncü rübündə Rusiya ÜDM-i illik müqayisədə 5,5% artıb”, – nəşrdə deyilir.

Bundan əlavə, China Daily Avropanın ən böyük investisiya şirkəti Amundi-nin proqnozunu xatırladır ki, bu proqnoza görə 2024-cü ildə Rusiya iqtisadiyyatının inkişaf dinamikası Avrozonadan üç dəfə yüksək olacaq.