Çin: Biz Rusiya ilə hərbi əməkdaşlığı inkişaf etdirməyə hazırıqbackend

Çin: Biz Rusiya ilə hərbi əməkdaşlığı inkişaf etdirməyə hazırıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin Rusiya ilə hərbi sahədə strateji kommunikasiyalar və birgə hərbi təlimlər, hava və dəniz patrulları da daxil olmaqla əməkdaşlığı inkişaf etdirməyə hazır olduğu mesajını verdi.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Pekində keçirilən növbəti mətbuat konfransında Çin Müdafiə Nazirliyinin sözçüsü Tan Kıfey məlumat verib.

Çin sədri Si Cinpinin rusiyalı həmkarı Vladimir Putinlə bu ayın əvvəlində Moskvaya səfəri zamanı əldə etdiyi razılaşmanı xatırladan Tan “Çin ordusu iki dövlət başçısının əldə etdiyi razılaşmanın tam şəkildə həyata keçirilməsi üçün strateji kommunikasiya və koordinasiyanı gücləndirməyə hazırdır” deyə açıqlama verib.

NOCOMMENT.AZ