Çin dərin iqtisadi böhran astanasındabackend

Çin dərin iqtisadi böhran astanasında

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünya ölkələri (COVİD-19) koronavirus pandemiyası ilə mübarizə çərçivəsində artıq bir aya yaxındır ki, Çin ilə sərhədləri bağlayaraq bütün mümkün əlaqələri dayandırıb. Bu isə həmin ölkələr ilə yanaşı Çin ilə iqtisadi əlaqələrini quran dövlətlərin də iqtisadiyyatına mənfi təsirini göstərməkdədir.

Bunu NOCOMMENT.az-a Çin ilə biznes əlaqələri qurmuş və uzun illər bu ölkə ilə idxal-ixrac əməliyyatları həyata keçirən azərbaycanlı iş adamı söyləyib.

İş adamının sözlərinə görə, dünyada yayılmış koronavirus epidemiyası ilə əlaqədar olaraq Çinə malı sifarişləri dayandırılıb. “Artıq xarici ölkələrin Çinə məhsul istehsalı ilə bağlı sifarişləri dayandırılıb. Ölkədə istehsal müəssisələri fəaliyyətə başlayıb, lakib bu yerli tələbatı ödəmək üçün yetərlidir. O zavod və fabriklər ki, dünya ölkələrindən sifarişlər alıb istehsal ilə məşğul idilər, artıq bu müəssisələr işçilərini evlərinə buraxıblar” deyən sahibkar sifarişçisi olduğu zavodun profilini dəyişərək qara qoruyucu maska istehsalına başladığını bildirib.

Qeyd edək ki, dünya ölkələrinin aparıcı şirkərlərinin və tanınmış markalarının Çində böyük istehsal zavod və müəssisələri mövcuddur. Eyni zamanda əksər ölkələrin Çin ilə iqtisadi əlaqələri olduğundan yaranmış mövcud vəziyyətə görə bütün sahələr üzrə sifariş və istehsal dayandırlııb. Bu isə öz növbəsində zəncirvari olaraq iş birliyi olan bütün ölkələrə mənmfi təsirini göstərməkdədir.