Çin NATO-nu gəzən müharibə maşını adlandırdıbackend

Çin NATO-nu gəzən müharibə maşını adlandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinin Müdafiə Nazirliyi NATO-nu son hərbi təlimlərini sərt tənqid edib.

NOCOMMENT.az xəbər verir ki, qurumun sözçüsü Vu Qian alyansı “gəzən müharibə maşını” adlandırıb. O, NATO-nu Çini bəhana edərək Asiya-Sakin Okean regionuna doğru genişlənməkdə ittiham edib.

Qeyd edək ki, alyansın son təlimləri Soyuq Müharibə dövründən sonra ən genişmiqyaslı manevrləri hesab edilə bilər:

“NATO regional hərbi təşkilat olaraq yarandığı gündən qlobal münaqişələrin təşəbbüskarı olub və bu münaqişələrdə iştirak edib. Bundan başqa, son illərdə NATO, əsassız “Çin təhlükəsi” bəhanəsi ilə davamlı olaraq Asiya-Sakit Okean regionuna doğru genişlənib. Bölgədə təhlükəsizliyə təhdid yaradıb. NATO, olduğu yerdə xaosa səbəb olan “gəzən müharibə maşınıdır”.

Biz alyansı yalanlar uydurmağı və Asiya-Sakit Okean regionunda xaosa səbəb olan təhlükəli hərəkətləri dayandırmağa, Çin və silahlı qüvvələrinin inkişafına obyektiv və rasional yanaşmağa, habelə dünyada sülh üçün faydalı nələrsə etməyə çağırırıq”.