Çin, Rusiya və İran birgə təlimlərə başlayıb – ABŞ-yə cavab?backend

Çin, Rusiya və İran birgə təlimlərə başlayıb – ABŞ-yə cavab?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin, Rusiya və İranın Hərbi Dəniz Qüvvələri martın 12-də Hind okeanında birgə təlimlərə başlayıb.

NOCOMMENT.az xəbər verir ki, məlumatı İran İnqilab Keşikçiləri Korpusu yayıb. Təlimlər “Dəniz qurşağının təhlükəsizliyi-2024” adı altında keçirilir.

Məlumata görə, Azərbaycan, Qazaxıstan, Pakistan, Oman, Hindistan və Cənubi Afrika Respublikasının nümayəndələri təlimləri müşahidəçi qismində izləyirlər.

Qeyd edək ki, Çin, Rusiya və İran 2023-cü il martın 17-də də Hind okeanında oxşar təlimlər keçiriblər.