Çin Rusiyanı dəstəkləsə, qırmızı xətti keçmiş olacaq – ABŞ rəsmisibackend

Çin Rusiyanı dəstəkləsə, qırmızı xətti keçmiş olacaq – ABŞ rəsmisi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Çin Ukraynaya qarşı müharibədə Rusiyaya kritik hərbi yardım göstərmək qərarına gələrsə, bu, qırmızı xətti keçmək mənasına gələcək”.

NOCOMMENT Modern.az-a istinadən xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild bildirib.

“Biz Çinin sülh istədiyi barədə açıqlamasını alqışlayırıq… Amma əgər Pekin və ya başqa dairələr Rusiyaya Ukraynaya qarşı amansız hücumunda kritik dəstək vermək niyyətindədirsə, bu, qəbuledilməzdir”, – deyə diplomat əlavə edib.

Qeyd edək ki, zaman-zaman Çinin Ukraynaya qarşı müharibədə Rusiyanı dəstəkləməsi barədə qeyri-rəsmi məlumatlar yayılıb.