Çin zəlzələ zonasına tibbi avadanlıq və ləvazimat göndərəcəkbackend

Çin zəlzələ zonasına tibbi avadanlıq və ləvazimat göndərəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin, “Əsrin Fəlakəti” olaraq xarakterizə edilən Kahramanmaraş mərkəzli zəlzələlərdən sonra fəlakətlə mübarizə üçün Türkiyəyə tibbi avadanlıq və ləvazimat göndərəcəyini açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Vinbin Pekində keçirilən mətbuat konfransında məlumat verib.

O, yorğan və çadır kimi təcili yardımların daxil olduğu yardımın ilk hissəsinin fevralın 11 və 12-də Türkiyəyə çatdığını bildirib.

Vanq bildirib ki, yardımların ikinci hissəsinin, o cümlədən elektrokardioqrafiya və ultrasəs avadanlıqları, tibbi nəqliyyat vasitələri və portativ xəstə çarpayılarının bu həftə göndərilməsi planlaşdırılır.

NOCOMMENT.AZ