Çində COVID-19-un Eris variantı yayılırbackend

Çində COVID-19-un Eris variantı yayılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

COVID-19-un “Eris” adlanan EG.5 variantının səbəb olduğu hallar Çində proporsional şəkildə geniş yayılıb.

NOCOMMENT.az xəbər verir ki, Çin Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin (CDC) verdiyi açıqlamaya görə, Erisə yoluxmalar aprel ayında ölkədəki ümumi hadisələrin 0,6 faizini təşkil edərkən, avqustda 71,6 faizə yüksəlib.

CDC rəsmiləri, Eris variantının Çinin əksər bölgə və əyalətlərində üstünlük təşkil etdiyini və bu tendensiyanın davam edəcəyini söylədi.

Erisin geniş yayılmasının səbəbinin virusun toxunulmazlıqdan yayınma qabiliyyətini artırması və əvvəlki infeksiyaların verdiyi anticisimlərin təsirini azaltması olduğunu vurğulayan səlahiyyətlilər, klinik əlamətlər baxımından digər variantlardan ciddi bir fərq olmadığını bildiriblər.

NOCOMMENT.AZ