Çində rekord YOLUXMAbackend

Çində rekord YOLUXMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin hakimiyyəti hələ də Şanxay meqapolisində koronavirus infeksiyasının yayılmasının qarşısını ala bilmir.

NOCOMMENT.az-ın məlumatına görə, bu barədə Çin Dövlət Səhiyyə Komitəsindən bildiriblər.

Ötən gün ölkədə 1 350 nəfərin koronavirusla kəskin formada xəstələnməsi qeydə alınıb və Çində ayrıca qeydə alınan 23 815 asemptomatik yoluxma halı qeydə alınıb. Onlardan müvafiq olaraq 16 və 78 xəstə xaricdən gəlib, qalanları isə ölkə daxilində yoluxub.

Şanxay epidemiyanın episentri olaraq qalır. Orada ötən gün 1 015 nəfərin koronavirusla kəskin formada xəstələnməsi və 22 609 asemptomatik yoluxma halı qeydə alınıb.

Şəhərdə ciddi karantin tədbirləri tətbiq edilib və virusun yayılmasının qarşısını almaq üçün ölkənin digər bölgələrindən əlavə tibb işçiləri, o cümlədən hərbi tibb işçiləri ora göndərilib.