Co Bayden: Mən sizin kabusunuzambackend

Co Bayden: Mən sizin kabusunuzam

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Co Bayden paytaxt Vaşinqtonda verdiyi açıqlamada sağlamlıq və sosial təminat xərclərinə məhdudiyyətlər təklif edən Respublikaçılara müraciət edib. Təklifə veto qoyacağını bildirən Bayden, “Bu, Respublikaçıların arzusudur. Mən onların kabusuyam” deyib.

NOCOMMENT xəbər verir ki, ABŞ prezidenti Co Bayden, Vaşinqtonda Merilend ştatında Elektrik İşçiləri Qardaşlığının (IBEW) yığıncağında verdiyi açıqlamalarda sağlamlıq müavinətləri və sosial təminat xərclərinə məhdudiyyətlər təklif edən respublikaçıları günahlandırdı.

Merilend ştatındakı iqtisadi siyasətlərdən danışan Bayden, son iki ildə həyata keçirdikləri siyasətlər sayəsində ölkə iqtisadiyyatının yaxşılaşdığını və bunun bütün seqmentlərə müsbət təsir etdiyini qeyd edib.