Conson postunu ona tapşırıb ƏMƏLİYYAT OLUNDU – FOTObackend

Conson postunu ona tapşırıb ƏMƏLİYYAT OLUNDU – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının baş naziri Boris Conson xəstəxanaya yerləşdirilib və əməliyyat olunub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “SkyNews” məlumat yayıb.

Bildirilib ki, əməliyyat ümumi anesteziya altında aparılıb və planlaşdırılıb.

Baş nazirin rəsmi nümayəndəsi Consonun Londondakı klinikalardan birində əməliyyat olunduğunu bildirib. O, əməliyyatın baş nazirin sinusları ilə bağlı olduğunu da bildirib.

Consonun səhər saat 6-da evindən çıxdığı və səhər saat 10-da qayıtdığı bildirilir. İndi Böyük Britaniyanın baş naziri Dauninq-stritdə dincəlir.

Conson tezliklə işə qayıtmaq niyyətindədir. Bu vaxta qədər onu baş nazirin müavini Dominik Raab əvəz edəcək.

İlkin məlumata görə, Consonun sinus problemi onun COVID-ə yoluxması ilə bağlı deyil.

Publika.az