COP29-la bağlı Sloveniya Prezidentinə ünvanlanmış dəvət məktubu qarşı tərəfə çatdırılıbbackend

COP29-la bağlı Sloveniya Prezidentinə ünvanlanmış dəvət məktubu qarşı tərəfə çatdırılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Sloveniyaya işgüzar səfəri baş tutub.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, səfər çərçivəsində Sloveniya Respublikasının prezidentinin beynəlxalq münasibətlər üzrə müşaviri Zlatko Şabiç, Sloveniya Respublikasının Baş nazirinin Ofisində Beynəlxalq məsələlər üzrə dövlət katibi Voyko Volk, Milli Assambleyanın vitse-prezidenti Daniyel Krivets, Xarici və Avropa İşləri üzrə Nazirliyində siyasi məsələlər üzrə Baş direktor Mateya Norçiç Stamtsar ilə görüşlər keçirilib.

Görüşlər əsnasında Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29), ölkəmiz ilə Avropa İttifaqı arasında əlaqələr, regional və beynəlxalq gündəlikdə duran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Sloveniya tərəfi COP29-a ev sahibliyi etməsi münasibətilə Azərbaycan tərəfinə təbriklərini çatdıraraq, hazırda dünyada müşahidə edilən dəyişikliklər səbəbindən iqlim üzrə konfransın böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb və Azərbaycan tərəfi ilə COP29-a hazırlıq istiqamətində sıx əməkdaşlıq etməyə hazır olduqlarını bildirib. Səfər çərçivəsində sözügedən tədbir ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən Sloveniya Respublikasını Prezidentinə ünvanlanmış dəvət məktubu qarşı tərəfə çatdırılıb