Çörəyin içərisindən bolt çıxıb, araşdırmalara başlanılıbbackend

Çörəyin içərisindən bolt çıxıb, araşdırmalara başlanılıb – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda tanınmış marketlərin birində “Çörəkçi” adı ilə satılan məhsulun içərisindən dəmir parçaları – “bolt-qayka” çıxıb.

NOCOMMENT xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) report-un sorğusuna cavab olaraq bildirilib ki, bununla bağlı məlumat mediadan götürülərək araşdırılması üçün aidiyyəti üzrə yönləndirilib.

Qeyd olunub ki, araşdırmalar aparılacaq və araşdırmaların nəticələri ilə bağlı ətraflı məlumat veriləcək: “Vətəndaşlardan xahiş edirik ki, bu kimi hallarla rastlaşdıqda konkret faktları – məhsulun adı, istehsalçısı, satış obyekti, istehsal tarixi və s. göstərməklə agentliyin 1003 “Çağrı Mərkəzi”nə zəng edib məlumat versinlər”.