Səhər saatlarında Türkiyədə baş verən 5.9 ballıq zəlzələnin ardından Aralıq dənizi yenidən silkələnib.
NOCOMMENT.az xəbər verir ki, AFAD (Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi) dənizdə 5 bal gücündə növbəti yeraltı təkanın qeydə alındığını açıqlayıb.
Məlumata görə, bu zəlzələdən dərhal sonra bölgədə 4.2 və 4 bal gücündə daha iki sarsıntı baş verib. Bununla da səhər saatlarından etibarən Aralıq dənizində baş verən zəlzələlərin ümumi sayı 10-a çatıb.
AFAD-ın məlumatına görə, 5 ballıq zəlzələ saat 11:58-də, Muğlanın Datça rayonundan 316 kilometr məsafədə qeydə alınıb. Təkanların yerin 15 kilometr dərinliyində baş verdiyi bildirilir.
Xatırladaq ki, ilk güclü sarsıntı səhər saat 06:18-də Krit adası sahillərində 5.9 bal gücündə baş verib. Yerin 7 kilometr dərinliyində olan həmin zəlzələ Türkiyənin Muğla şəhəri və ətraf bölgələrində də hiss edilib. Qısa müddətli panika yaşayan sakinlər sarsıntıdan sonra küçələrə axışıblar. /Musavat.com













