Daha bir ölkədə fermerlər etiraza qalxdıbackend

Daha bir ölkədə fermerlər etiraza qalxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliyanın paytaxtında fermerlərin etiraz aksiyası keçirilib. Onlar traktorla Romanın mərkəzinə toplaşıblar.

NOCOMMENT.az xəbər verir ki, ölkənin hər yerindən gələn fermerlər ağır iş şəraitinə etiraz ediblər.

Aksiyaçılar həmçinin Avropa İttifaqından kənar üçüncü ölkələrdən kənd təsərrüfatı məhsullarının idxalında qeyri-bərabər rəqabətə, eləcə də məhsulların qiymətini və keyfiyyətini aşağı salan iri konsernlərə qarşı çıxıblar.

Qeyd edək ki, İtalyan fermerlərinin etirazları bir neçə həftədir, davam edir. Sonradan hökumət nümayəndələri ilə görüşlərin nəticələrindən razı qalaraq əksər etirazçılar aksiyanı dayandırıblar.