Daha bir ölkədən gətirilən toyuqlarda salmonella aşkarlandıbackend

Daha bir ölkədən gətirilən toyuqlarda salmonella aşkarlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyadan idxal edilən dondurulmuş toyuq dərisi məhsulunda salmonella aşkarlanıb.

AQTA-dan NOCOMMENT-ə verilən məlumata görə, Rusiyada fəaliyyət göstərən “PECYPC-ЮГ” MMC tərəfindən istehsal olunan və “AZFOOD COMPANY” MMC tərəfindən ölkəmizə idxal edilən 9.97 ton dondurulmuş toyuq dərisi məhsulu partiyasına agentliyin müfəttişləri baxış keçirib. Baxış zamanı idxal olunan məhsuldan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində məhsullarda salmonella patogen mikroorqanizmləri aşkarlanıb.

Agentlik tərəfindən istehlaka yararsız dondurulmuş toyuq dərisi məhsullarının zərərsizləşdirilməsi və ya məhv edilməsi ilə bağlı qərar qəbul edilib.

Hazırda qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülür.

Xatırladaq ki, 10 gün əvvəl Gürcüstandan gətirilən toyuqlarda da eyni xəstəlik aşkar olunmuşdu…