Daha bir partiya Ərdoğana dəstək verdibackend

Daha bir partiya Ərdoğana dəstək verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin “Hür Dava” partiyası mayın 14-də keçiriləcək parlament və prezident seçkilərində “Cumhur İttifaqı”nı dəstəkləyəcək.

NOCOMMENT.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə partiyanın sədri Zekeriya Yapıcıoğlu bildirib.

O, prezident seçkiləri üçün namizəd irəli sürməyəcəklərini, hakim siyasi qüvvələrin namizədi Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcəklərini deyib.

“Bu qərarın millətimiz və ölkəmiz üçün faydalı olmasını arzu edirəm. Parlament seçkiləri ilə bağlı müzakirələrimiz davam edir”, – partiya sədri vurğulayıb.

Qeyd edək ki, Türkiyədə prezident və parlament seçkiləri mayın 14-də keçiriləcək.