Daha doqquz erməni hərbçinin meyitinin qalıqları Ermənistana təhvil verilibbackend

Daha doqquz erməni hərbçinin meyitinin qalıqları Ermənistana təhvil verilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağda Vətən müharibəsi zamanı itkin düşmüş daha doqquz erməni hərbçinin meyitinin qalıqları tapılıb.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə qondarma ölkənin fövqəladə hallar xidmətinin sözçüsü Unan Tadevosyan məlumat yayıb.

Onun sözlərinə görə, hərbi qulluqçulardan yeddisinin meyitinin qalıqları Cəbrayılda aşkarlanıb. Daha iki meyitin qalıqlarını Azərbaycan tərəfi Talış kəndi ərazisində aşkarlayaraq əks tərəfə təhvil verib.

Meyitlərin şəxsiyyətinin müəyyənləşdirilməsi ilə bağlı məhkəmə-tibb ekspertizası təyin edilib.

Sonda qeyd edək ki, Qarabağda aşkarlanan erməni meyitlərinin sayı 1 539-a çatıb.