Danimarkanın müdafiə naziri Troels Lund Poulsen deyib ki, Rusiya yaxın 3-5 il ərzində NATO ölkələrinə hücum edə bilər.
NOCOMMENT.az xəbər verir ki, o, bu barədə “Jyllands-Posten” qəzetinə müsahibəsində bildirib.
- Onun sözlərinə görə, belə hadisələrlə əlaqədar olaraq Danimarka hərbi sahəyə investisiyaları sürətləndirməlidir, çünki Rusiyanın bu sahədə hərbi potensialı xeyli artıb.
- “Rusiyanın 3-5 il ərzində 5-ci maddənin gücünü və NATO həmrəyliyini sınayacağını istisna etmək olmaz. Bu, NATO-nun 2023-cü il üçün qiymətləndirməsi deyildi. Bu, indi gündəmə gələn yeni məlumatlardır”, – deyə Troels Lund Poulsen bildirib.