Darçiyev: Rusiya ABŞ-a diplomatik mülkiyyətinin qaytarılmasının prioritetini vurğulayıbbackend

Darçiyev: Rusiya ABŞ-a diplomatik mülkiyyətinin qaytarılmasının prioritetini vurğulayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstanbulda keçirilən məsləhətləşmələrdə Rusiya ABŞ-da müsadirə edilmiş diplomatik əmlakın geri qaytarılmasının prioritetliyini vurğulayıb.

NOCOMMENT.az xəbər verir ki, Rusiyanın Vaşinqtondakı səfiri Aleksandr Darçiyev bildirib ki, tərəflər bunun üçün “yol xəritəsi” üzərində işləməyə hazırdırlar.

“Rusiya tərəfi mülkiyyət hüququ əsasında Rusiya Federasiyasına məxsus olan ABŞ hakimiyyəti tərəfindən müsadirə edilmiş diplomatik əmlakın tez bir zamanda qaytarılmasının prioritetliyini vurğuladı”, – Darçiyev jurnalistlərlə söhbətində qeyd edib.

Amerika nümayəndə heyəti ilə danışıqlara başlamazdan əvvəl səfir qeyri-qanuni müsadirə edilmiş diplomatik əmlakın qaytarılmasının iki ölkə arasında diplomatik münasibətlərin bərpası üçün əsas əhəmiyyət kəsb etdiyini bildirib.